Paytaxt üzrə 17 min 622 uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub
Oktyabrın 1-dən dövlət ümumi təhsil müəssisələrində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında məşğələlərə başlanılıb. 2026-2027-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 296 ümumi təhsil müəssisəsində təşkil olunan məktəbəhazırlıq qruplarına 17 min 622 uşaq qeydiyyatdan keçib.
İdarədən Operativ Media-ya bildirilib ki, məktəbəhazırlıq qruplarında həftədə 4 gün olmaqla 12 məşğələ keçirilir. Məşğələlər “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” istiqamətlərini əhatə edir.
Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəbə psixoloji hazırlığını və dayanıqlığını artırmaq, onları təhsil mühitinə uyğunlaşdırmaq, həmçinin ünsiyyət və birgə fəaliyyət bacarıqlarının inkişafını təmin etməkdir.
dəqiqələr içində saytın olsun.