Rafinya yenə ən yaxşı seçilib
Operativ Media
1 dəq oxu
“Barselona”nın hücumçusu Rafinya La Liqada sentyabr ayının ən yaxşı futbolçusu adına layiq görülüb.
Operativ Media xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı futbolçu ötən ay çempionatda 4 oyunda meydana çıxıb. O, həmin qarşılaşmalarda 7 qol vurub və 2 məhsuldar ötürmə edib. Rafinya “Valensiya” ilə görüşdə bir dəfə fərqlənib, “Rasinq” və “Sevilya” ilə matçların hər birində isə het-trikə imza atıb.
Qeyd edək ki, Rafinya avqust ayında da La Liqanın ən yaxşı futbolçusu seçilmişdi.
Braziliyalı hücumçu səsvermədə Kilian Mbappeni (“Real”), Conatan Devid (“Atletiko”), Serxio Kamelyo (“Rayo Valyekano”) və Fera Ninyo (“Elçe”) geridə qoyub
Sorğu