Nikaraqua Mərkəzi Amerika Parlamentindən çıxdığını elan edib
Nikaraqua hakimiyyəti ölkənin Mərkəzi Amerika Parlamentində (PARLACEN) iştirakına xitam verilməsi barədə qərar qəbul edib.
Operativ Media xəbər verir ki, Nikaraqua parlamentinin 38 deputatı hökumətin bu qərarını dəstəklədiklərini açıqlayıb. Onlar PARLACEN və digər müvafiq siyasi qurumların fəaliyyəti ilə bağlı sazişin icrasını davam etdirməkdən imtina edilməsini ölkənin suveren qərarı kimi qiymətləndiriblər.
Nikaraquanın həmsədri Rosario Murilyo daha əvvəl ölkənin PARLACEN-dən çıxacağını açıqlayıb. O bildirib ki, Nikaraqua parlamentin rəhbərliyinə bu təşkilatın fəaliyyətinə dair sazişdə iştirakın dərhal dayandırılması barədə məlumat verib.
Murilyonun sözlərinə görə, PARLACEN bütün region əhalisinin maraqları naminə öz funksiyalarını tam şəkildə yerinə yetirmir.
Mərkəzi Amerika Parlamentinə Qvatemala, Salvador, Honduras, Nikaraqua, Panama və Dominikan Respublikası daxildir. Təşkilatın qəbul etdiyi qərarlar tövsiyə xarakteri daşıyır.
dəqiqələr içində saytın olsun.