Menyu

Azərbaycan və Böyük Britaniya arasında yeni iqtisadi imkanlar nəzərdən keçirilib

Operativ Media
Azərbaycan və Böyük Britaniya arasında yeni iqtisadi imkanlar nəzərdən keçirilib
1 dəq oxu

Energetika naziri Pərviz Şahbazov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Lord Anas Sarvarla görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Pərviz Şahbazov öz "X" sosial media hesabında paylaşım edib.

Məlumata görə, görüşdə ölkələr arasında ikitərəfli münasibətlərin inkişaf gündəliyindəki məsələlər, o cümlədən enerji, ticarət, investisiya, nəqliyyat, rəqəmsallaşma və digər prioritet sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

"39 milyard ABŞ dollarından çox investisiya ilə Birləşmiş Krallıq Azərbaycanın ən böyük xarici investoru və əsas iqtisadi tərəfdaşlarından biridir", - nazir paylaşımda qeyd edib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər