Menyu

Milli Məclis borc tələbinin qiymətli kağızlara yönəldilməsini birinci oxunuşda qəbul edib

Operativ Media
Milli Məclis borc tələbinin qiymətli kağızlara yönəldilməsini birinci oxunuşda qəbul edib
1 dəq oxu

Milli Məclis borclunun qiymətli kağızlarına tələbin yönəldilməsi ilə bağlı qanun layihəsini birinci oxunuşda qəbul edib.

Operativ Media xəbər verir ki, “İcra haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlara dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Sənədə əsasən, “İcra haqqında” qanuna “Tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi” adlı yeni 46-1-ci maddənin əlavə edilməsi nəzərdə tutulur.

Yeni maddə borclunun özündə aşkar edilən sənədli qiymətli kağızlara, onun adına qeydə alınmış sənədsiz qiymətli kağızlara, eləcə də mərkəzi depozitarda saxlanılan sənədli qiymətli kağızlara tələbin yönəldilməsi mexanizmini müəyyən edir.

Layihəyə əsasən, borclunun qiymətli kağızları barədə məlumatların əldə edilməsi, həmin kağızların üzərinə həbs qoyulması və onlara tələbin yönəldilməsi ilə bağlı tədbirlər “Elektron icra” informasiya sistemi vasitəsilə həyata keçiriləcək.

Bununla yanaşı, “Qiymətli kağızlar bazarı haqqında” qanuna uyğunlaşdırma xarakterli dəyişikliklər təklif olunur.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Əlaqəli Xəbərlər