Menyu

Sənan Həsənov: İdeoloji təxribatlar milli həmrəyliyi hədəf alır

Ayşən Sadıxzadə
Sənan Həsənov: İdeoloji təxribatlar milli həmrəyliyi hədəf alır
1 dəq oxu

Son dövrlər ideoloji təxribatlar və dini məsələlər ətrafında səsləndirilən çağırışlar cəmiyyətdə müzakirələrə səbəb olur. Bu cür halların milli həmrəyliyə, ictimai sabitliyə və dövlətin ideoloji təhlükəsizliyinə mümkün təsirləri diqqət çəkir. Xaricdən müdaxilə iddiaları, eləcə də daxildə bu çağırışlara dəstək verən şəxslərin mövcudluğu məsələyə daha həssas yanaşmağı zəruri edir.

Mövzu ilə bağlı Operativ Media-ya AMEA nin aparıcı elmi işçisi, siyasətşünas alim, ictimai xadim Sənan Həsənov danışıb.

O bildirib ki, təxribatlardaki çağırışlar və səsləndirilən fikirlər aydın şəkildə göstərir ki, ideoloji hücumlar xaricdən idarə olunur:

“Dövlətin qanunlarına yersiz müdaxilə etmək cəhdləri yolunu seçiblər. Təssüflər olsun ki, daxildə belə qüvvələrin təsiri altına düşənlər vardır. Lakin bu yolverilməzdir. Təbii ki, biz bütün təxribatların dövlətimizi istəməyən qüvvələrin narahatlığı əsasında yarandığını təhlil edirik.

Azərbaycanda dinə olan münasibət hər zaman olduğu kimi bu gün də dövlətimiz və cəmiyyətimiz tərəfindən yüksəkdir. Bizi narahat edən məqam daxilimizdə belə təxribatlara rəvac verən şəxslərin atdığı addımlardır. Hər kəs bilməlidir ki, ideoloji təxribat hər birimizə qarşı yönəlib. Milli düşüncələrinizi, həmrəyliyimizi hədəf alıb. Lakin Azərbaycan güclü ideoloji strategiyaya malikdir. Xalqın dövlətlə həmrəyliyi mövcuddur.

Heç bir qüvvə öz çirkin niyyətlərinə nail ola bilməz. Hər kəs məsuliyyətini unutmamalıdır”.

Əlaqəli Xəbərlər