Menyu

Kənd təsərrüfatı məhsullarının istehsalı artıb

Operativ Media
Kənd təsərrüfatı məhsullarının istehsalı artıb
1 dəq oxu

Bu ilin yanvar-sentyabr aylarında ölkədə faktiki qiymətlərlə 11 905,3 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib.

Operativ Media bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, istehsalın fiziki həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artıb. Heyvandarlıq məhsullarının istehsalı 1,9 faiz, bitkiçilik məhsullarının istehsalı isə 0,5 faiz çoxalıb. Məhsulun 51 faizi bitkiçiliyin, 49 faizi heyvandarlığın payına düşür.

Əlaqəli Xəbərlər