Menyu

Azərbaycan U-15 dünya çempionatına qələbə ilə başlayıb

Operativ Media
Azərbaycan U-15 dünya çempionatına qələbə ilə başlayıb
1 dəq oxu

Azərbaycan komandası Bakıda keçirilən U-15 dünya çempionatı və festivalında ilk oyununu keçirib.

Operativ Media xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv Timor-Leste yığması ilə üz-üzə gəlib.

Bakı Kristal Zalındakı qarşılaşma Azərbaycan seçməsinin qələbəsi ilə yekunlaşıb - 6:0.

Qolları Müşfiq Zamanov (2), Yusif Əlizadə, Həsən Məhmədov (2) və Asif Allahverdizadə vurublar.

Xatırladaq ki, U-15 dünya çempionatı oktyabrın 30-da başa çatacaq. Azərbaycan komandası oktyabrın 25-də saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya yığması ilə qarşılaşacaq. Hər iki görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq. Milli komanda oktyabrın 26-da saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə həmin meydançada üz-üzə gələcək.

Əlaqəli Xəbərlər