Famil Xəlilov: Hədəfimiz qrupda maksimum xal toplamaqdır
Azərbaycanın U-15 yığmasının baş məşqçisi Famil Xəlilov Bakıda keçirilən dünya çempionatında komandanın qarşıdakı oyunları və turnirdəki hədəfləri barədə danışıb.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycanın U-15 yığmasının baş məşqçisi Famil Xəlilov jurnalistlərə açıqlamasında deyib.
Mütəxəssis ilk oyunun çətin keçdiyini, futbolçuların özlərini toparlayaraq layiqli qələbə qazandıqlarını bildirib. O, komandanın arxayınlaşmamalı olduğunu və əsas işin hələ qarşıda dayandığını vurğulayıb.
Famil Xəlilov Avstraliya, Haiti və digər rəqiblərin güclü olduğunu qeyd edərək, qrupda maksimum xal toplamağı hədəflədiklərini deyib. Baş məşqçi futbolçuların həyəcanı arxada qoyaraq özlərinə inanmalı olduqlarını bildirib.
O, 8-ə 8 formatının futbolçuların topla daha çox təmasda olmasına və oyun təcrübəsinin artmasına imkan verdiyini də qeyd edib.