Menyu

QHT-lər üçün daha bir müsabiqə elan edilib

Operativ Media
QHT-lər üçün daha bir müsabiqə elan edilib
1 dəq oxu

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondu “Azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma və icma həyatına dəstək” mövzusunda QHT-lər üçün birlikdə qrant müsabiqəsi elan edib.

Operativ Media xəbər verir ki, bu barədə QHT Agentliyi məlumat yayıb.

Müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna 2026-cı il oktyabrın 26-da başlanacaq. Müraciət üçün son tarix 2026-cı il noyabrın 20-sidir.

Əlaqəli Xəbərlər