Menyu

"Sabah" BK FIBA Çempionlar Liqasında "Nanter 92" ilə qarşılaşacaq

Operativ Media
"Sabah" BK FIBA Çempionlar Liqasında "Nanter 92" ilə qarşılaşacaq
1 dəq oxu
"Sabah" basketbol komandası FIBA Çempionlar Liqasında növbəti oyununa bu gün çıxacaq.

Operativ Media xəbər verir ki, Azərbaycan təmsilçisi müntəzəm mövsümün III turunda Fransanın "Nanter 92" kollektivini qəbul edəcək.
Qarşılaşma Milli Gimnastika Arenasında, saat 20:00-da start götürəcək.
Xatırladaq ki, Azərbaycan çempionu I turda səfərdə "Ritas"a (Litva) 73:82, II turda "Trabzonspor"a 83:100 hesabı ilə uduzub.

Əlaqəli Xəbərlər