Çin şirkətləri Mbappe ilə reklam əməkdaşlığını dayandırıb
Çinin iki şirkəti Fransa millisinin və “Real Madrid”in hücumçusu Kilian Mbappe ilə reklam əməkdaşlığına son qoyub.
Operativ Media xəbər verir ki, bu barədə enerji içkiləri istehsalçısı “Dunpen” və süd məhsulları istehsalçısı “Menniu” şirkətləri açıqlama yayıb.
“Dunpen” şirkəti bəyan edib ki, milli hissləri təhqir edən hərəkətlərə qarşı qəti mövqe tutur və belə hallara sıfır tolerantlıq nümayiş etdirir. Şirkət bu gündən etibarən Mbappe ilə bütün əməkdaşlığı dayandırdığını açıqlayıb.
“Menniu” şirkəti də fransalı futbolçu ilə əməkdaşlığa son qoyduğunu bildirib. Şirkətin açıqlamasında Çin xalqının hisslərini təhqir edən söz və hərəkətlərə qarşı qəti mövqe sərgiləndiyi vurğulanıb.
Qeyd edək ki, Mbappe daha əvvəl müsahibələrinin birində ən çox sevdiyi memin onun üzünün qrafik redaktə vasitəsilə Çin diktatorunun üzərinə yerləşdirildiyi təsvir olduğunu söyləyib.
Son bir il ərzində azarkeşlər futbolçunun “Real Madrid” və Fransa millisində qəbul edilən qərarlara təsir göstərdiyini ehtimal edərək onu zarafatla “diktator” adlandırmağa başlayıblar.