Menyu

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Operativ Media
Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb
1 dəq oxu

Oktyabrın 26-da ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis tərəfindən təmin olunub.

DİN-dən Operativ Media-ya bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 125, o cümlədən borclu şəxs qismində axtarışda olan 84 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.

Əlaqəli Xəbərlər