Menyu

Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsi start götürür

Operativ Media
Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsi start götürür
1 dəq oxu

Bu gün Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinə start veriləcək.

Operativ Media xəbər verir ki, ilk gündə 5 oyun baş tutacaq.

“Araz-Naxçıvan” Şamaxıda “Şimal”la qarşılaşacaq. “Marafon” isə “Zaqatala” ilə qarşılaşacaq. “Sumqayıt” “Kür-Araz”la, “Qəbələ” “Mingəçevir”lə üz-üzə gələcək. Günün son oyunu “Səbail”lə “Zirə” arasında keçiriləcək.

Qeyd edək ki, digər oyunlar oktyabrın 28-də və 29-da keçiriləcək.

Azərbaycan Kuboku 2-ci təsnifat mərhələsi 27 oktyabr

“Şimal” – “Araz-Naxçıvan” Hakimlər: Kamran Əliyev, Asif Abdullayev, Sadiq Əliyev, Rəsul Babayev. Hakim-inspektor: Əmrah İbrahimov. AFFA nümayəndəsi: Eldəniz Musayev. Şamaxı şəhər stadionu, 14:00.

“Marafon” – “Zaqatala” Hakimlər: İslam Məmmədov, Orxan İbişov, Rizvan Süleymanov, Kamil Aydınov. Hakim-inspektor: Şahin Cəfərov. AFFA nümayəndəsi: Törə Əhmədova. “Marafon Arena”, 14:00.

“Kür-Araz” – “Sumqayıt” Hakimlər: Niyaz Əhmədov, Rəhman Aslanov, Məmmədəli Kərimov, Nəriman Ağayev. Hakim-inspektor: Babək Quliyev. AFFA nümayəndəsi: Zümrüd Ağayeva. “Sumqayıt Arena”, 17:00.

“Qəbələ” – “Mingəçevir” Hakimlər: Nazim Abdullayev, Taleh Məmmədov, Rasim Axundov, Mehdi Yusifov. Hakim-inspektor: Feyzulla Feyzullayev. AFFA nümayəndəsi: Eldar Məmmədov. Qəbələ şəhər stadionu, 17:00.

“Səbail” – “Zirə” Hakimlər: Səbuhi Bayramov, Aydın Baxşıyev, Mirnihad Seyidov, Vaqif Vəliyev. Hakim-inspektor: Ceyhun Haşımov. AFFA nümayəndəsi: Anar Şıxəliyev. “Masazır Arena”, 18:00.

Əlaqəli Xəbərlər