Menyu

Azərbaycanın qadın güləşçiləri dünya çempionatında mübarizəyə qoşulur

Operativ Media
Azərbaycanın qadın güləşçiləri dünya çempionatında mübarizəyə qoşulur
1 dəq oxu

Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatının dördüncü günündə Azərbaycanın iki qadın güləşçisi mübarizəyə qoşulacaq, yunan-Roma güləşində isə üç idmançı medal qazanmağa çalışacaq.

Operativ Media xəbər verir ki, qadın güləşçilərdən Jalə Əliyeva 57 kq çəki dərəcəsində Hindistan təmsilçisi Tamara Dollakla qarşılaşacaq. 65 kq-da çıxış edən Birgül Sultanova isə yarışa ilk mərhələdən azad başlayacaq.

Yunan-Roma güləşində 63 kq çəki dərəcəsində mübarizə aparan Nihat Məmmədli final görüşündə Ermənistan təmsilçisi Karen Aslanyanla üz-üzə gələcək. Qələbə qazanacağı təqdirdə o, ikiqat dünya çempionu olacaq.

67 kq-da Həsrət Cəfərov bürünc medal uğrunda görüşə çıxacaq. Onun rəqibi daha sonra müəyyənləşəcək.

87 kq çəki dərəcəsində çıxış edən İslam Abbasov isə təsəlliverici mərhələnin ilk görüşündə Amerika Samoası təmsilçisi Latana Sopa ilə qarşılaşacaq. Qələbə qazanacağı halda ikinci görüşdə Laşa Qobadze ilə üz-üzə gələcək. Medal uğrunda həlledici qarşılaşmada isə onun rəqibi Özbəkistan təmsilçisi Məhəmmədqodir Rasulov ola bilər.

Qeyd edək ki, Azərbaycan millisinin aktivində hazırda iki qızıl medal var. Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) dünya çempionu olublar.

Əlaqəli Xəbərlər