Menyu

BRİCS ölkələri beynəlxalq terrorizmlə mübarizə konvensiyasının qəbuluna çağırıb

Nicat Hüseynli
BRİCS ölkələri beynəlxalq terrorizmlə mübarizə konvensiyasının qəbuluna çağırıb
1 dəq oxu

BRİCS parlamentariləri Beynəlxalq Terrorizmlə Mübarizə üzrə Hərtərəfli Konvensiyanın hazırlanmasının tezliklə başa çatdırılmasına və BMT çərçivəsində qəbuluna çağırıblar.

Operativ Media xəbər verir ki, bu barədə 12-ci BRİCS Parlament Forumunun yekun bəyanatında bildirilib.

Sənəddə terrorizmin hansı din, milliyyət, sivilizasiya və ya etnik qrupla əlaqələndirilməməli olduğu vurğulanıb. Parlamentarilər bütün terror aktlarını pisləyərək, terrorizmin maliyyələşdirilməsinə və terrorçulara sığınacaq verilməsinə qarşı birgə mübarizəyə çağırıblar.

Əlaqəli Xəbərlər