Menyu

Çin televiziyası Mbappenin açıqlamasından sonra La Liqanın yayımını dayandırıb

Operativ Media
Çin televiziyası Mbappenin açıqlamasından sonra La Liqanın yayımını dayandırıb
1 dəq oxu

Çinin dövlət televiziyası CCTV “Real Madrid”in hücumçusu Kilyan Mbappenin açıqlamasından sonra İspaniya çempionatının oyunlarının yayımını dayandırıb.

Operativ Media xəbər verir ki, bu barədə “AS” nəşri məlumat yayıb.

Məlumata görə, 27 yaşlı fransalı futbolçu müsahibələrinin birində üzünün Çinin keçmiş lideri Mao Zedunun təsviri üzərinə yerləşdirildiyi memdən danışıb. Mbappe şəkildəki şəxsi “Çin diktatoru” adlandırsa da, onun adını çəkməyib.

Bildirilib ki, CCTV futbolçunun iştirakı ilə hazırlanan reklamları və videoları da efirdən çıxarıb. Bununla belə, Çinin digər platformalarında La Liqa matçlarının yayımlarının dayandırılması barədə məlumat verilməyib.

Son bir il ərzində azarkeşlər “Real Madrid” və Fransa millisində qəbul edilən qərarlara Mbappenin təsir göstərdiyini ehtimal edərək futbolçunu zarafatla “diktator” adlandırmağa başlayıblar.

Əlaqəli Xəbərlər