Menyu

ABŞ Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini təklif edir

Operativ Media
ABŞ Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini təklif edir
1 dəq oxu

ABŞ Rusiya qazının Ukrayna ərazisindən tranzitlə Avropaya nəqlinin yaxın vaxtlarda bərpa olunmasını dəstəkləyir.

Operativ Media xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) ABŞ, Avropa və Ukrayna rəsmilərinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, bu təklif ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və prezidentin kürəkəni Cared Kuşner tərəfindən sentyabr ayında Moskva və Kiyevə səfərləri zamanı irəli sürülüb.

Təşəbbüs Rusiya qazının Avropaya ABŞ vasitəçisi üzərindən satılmasını nəzərdə tutur. Bu mexanizmin Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan yan keçmək məqsədi daşıdığı bildirilir.

WSJ yazır ki, Vaşinqton Avropa liderlərinə bu təklifi qış mövsümü ərəfəsində qaz ehtiyatlarının rekord dərəcədə azalması fonunda enerji qiymətlərinin aşağı salınması vasitəsi kimi də təqdim etməyə çalışıb.

Məlumata görə, Ağ Ev Rusiya qazının satışından əldə ediləcək vəsaitin üçüncü tərəfin yurisdiksiyasında olan xüsusi eskrou hesabında saxlanılmasını təklif edib.

Nəşr həmçinin Vaşinqtonun “Şimal axını” qaz kəmərinin fəaliyyətinin bərpasını daha geniş razılaşmanın mümkün tərkib hissəsi kimi nəzərdən keçirdiyini iddia edir. Bu razılaşmanın Ukrayna böhranının həlli ilə yanaşı, Rusiyanın ABŞ-nin Avropadakı müttəfiqləri ilə uzun müddətdir davam edən fikir ayrılıqlarının aradan qaldırılmasını da əhatə edə biləcəyi bildirilir.

Əlaqəli Xəbərlər