ABŞ Qran-prisinin qalibi Kimi Antonelli olub
"Mercedes” komandasının italiyalı pilotu Kimi Antonelli “Formula-1” üzrə dünya çempionatının 18-ci mərhələsi olan ABŞ Qran-prisində birinci yeri tutub.
Operativ Media xəbər verir ki, Texas ştatının Ostin şəhərində yerləşən 5,513 kilometrlik Amerika trasında keçirilən yarış 56 dövrədən ibarət olub.
Antonelli finiş xəttini 1 saat 35 dəqiqə 16,650 saniyəyə keçərək mövsümdə doqquzuncu mərhələ qələbəsini qazanıb.
“Ferrari” komandasının monakolu pilotu Şarl Lekler liderdən 13,078 saniyə geri qalaraq ikinci, “Red Bull”un niderlandlı sürücüsü Maks Ferstappen isə 17,485 saniyə fərqlə üçüncü olub.
Bu nəticədən sonra Antonelli ən yaxın izləyicisi Corc Rasseli 123 xal qabaqlayaraq çempionluq mübarizəsində mövqeyini möhkəmləndirib.
Mövsümün 19-cu mərhələsi olan Meksika Qran-prisi noyabrın 1-də keçiriləcək.