Azərbaycanın U-16 voleybol millilərinin Avropa çempionatındakı rəqibləri bəlli olub
Azərbaycanın U-16 oğlan və qızlardan ibarət voleybol milliləri Avropa çempionatının 1-ci təsnifat mərhələsində mübarizə aparacaqlar.
Operativ Media xəbər verir ki, EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının təşkilatçılığı ilə keçiriləcək yarışlar noyabrın 19-dan 22-dək davam edəcək.
Oğlanlardan ibarət yığmamız Latviyanın paytaxtı Riqada B qrupunda Latviya və Finlandiya komandaları ilə qarşılaşacaq. Qızlardan ibarət millimiz isə Estoniyanın Kaariku şəhərində eyni qrupda Estoniya, Litva və Ukrayna kollektivləri ilə mübarizə aparacaq.
Oğlanlardan ibarət U-16 millimizin oyunlarının təqvimi:
19 noyabr 18:00. Latviya – Azərbaycan
20 noyabr 18:00. Azərbaycan – Finlandiya
Qızlardan ibarət U-16 millimizin oyunlarının təqvimi:
19 noyabr 19:00. Estoniya – Azərbaycan
20 noyabr 16:00. Azərbaycan – Ukrayna
21 noyabr 19:00. Litva – Azərbaycan
Reqlamentə əsasən, qruplarda ilk üç yeri tutan komandalar yekun sıralama uğrunda mübarizə aparacaqlar. Qrup qalibləri finalda üz-üzə gələcəklər. Həmin görüşün qalibi 2027-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq.