Menyu

"Fənərbaxça” Emre Belözoğlu ilə razılığa gəlib

Operativ Media
"Fənərbaxça” Emre Belözoğlu ilə razılığa gəlib
1 dəq oxu

“Fənərbaxça” baş məşqçi postu üçün Emre Belözoğlu ilə anlaşma əldə edib.

Operativ Media xəbər verir ki, bu barədə “HT Spor” məlumat yayıb.

Bildirilib ki, İstanbul təmsilçisi daha əvvəl Serxio Konseysaodan imtina edib və yerli mütəxəssislərə yönəlib.

Məlumata görə, portuqaliyalı məşqçi ilə aparılan danışıqlarda müqavilə şərtləri və əməkhaqqı ilə bağlı fikir ayrılığı yaranıb. Konseysaonun müqavilə tələblərini dəyişməsi və maaş gözləntisini artırması danışıqların nəticəsiz qalmasına səbəb olub.

Əlaqəli Xəbərlər