Menyu

“Yuventus” Qulyelmo Vikarionu komandada saxlamaq istəyir

Operativ Media
“Yuventus” Qulyelmo Vikarionu komandada saxlamaq istəyir
1 dəq oxu

“Yuventus” rəhbərliyi icarə əsasında komandada çıxış edən qapıçı Qulyelmo Vikarionun transfer hüquqlarını almaq qərarına gəlib.

Operativ Media xəbər verir ki, bu barədə “Tuttosport” nəşri məlumat yayıb. Turin təmsilçisinin rəhbərliyi 30 yaşlı italiyalının oyunundan və liderlik xüsusiyyətlərindən razıdır. Qapıçının birdəfəlik transferinin artıq demək olar ki, həll olunduğu bildirilir.

Klubun bu qərarında digər qapıçı Kamil Qrabarının zədələnməsi də rol oynayıb.

“Yuventus” 2026-cı ilin avqustunda Vikarionu mövsümün sonunadək “Tottenhem”dən icarəyə götürüb. Müqavilədə futbolçunun 8 milyon avroya satın alınması bəndi yer alıb.

Vikario 2026/2027 mövsümündə 12 oyunda meydana çıxıb və 5 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.

“Transfermarkt” portalı italiyalı qapıçının bazar dəyərini 12 milyon avro qiymətləndirir.

Əlaqəli Xəbərlər