Menyu

İspaniyalı futbolçu oyunda aldığı zədədən sonra vəfat edib

Operativ Media
İspaniyalı futbolçu oyunda aldığı zədədən sonra vəfat edib
1 dəq oxu

İspaniyanın “Tenerife” klubunun futbolçusu Xesus de Migel “Andorra” ilə oyunda aldığı zədədən sonra xəstəxanada vəfat edib.

Operativ Media xəbər verir ki, klub futbolçunun ölüm xəbərini sosial şəbəkə hesablarında yayıb.

Hadisə bazar ertəsi “Andorra” ilə qarşılaşmanın son dəqiqələrində baş verib. Top uğrunda mübarizə zamanı hücumçu rəqib komandanın qapıçısı Xesus Ovonon ilə toqquşub.

Futbolçu dərhal meydanda tibbi yardım alıb və təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. İlkin olaraq nəzarət altında saxlanılan oyunçunun nevroloji vəziyyətinin sonradan pisləşdiyi bildirilib.

Hadisə səbəbindən qarşılaşma 108-ci dəqiqədə dayandırılıb.

Əlaqəli Xəbərlər