Menyu

Azərbaycanın pambıq ixracından gəliri artıb

Operativ Media
Azərbaycanın pambıq ixracından gəliri artıb
1 dəq oxu

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan xarici bazarlara 193,8 milyon ABŞ dolları dəyərində pambıq ixrac edib.

Operativ Media xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 16,6% çoxdur.

Hesabat dövründə ölkəyə idxal olunan pambığın dəyəri isə 8,5 milyon ABŞ dolları olub. Bu isə 2025-cü ilin müvafiq dövrünə nisbətən 16,1% çoxdur.

Qeyd edək ki, cari ilin ilk 8 ayında pambıq üzrə ixrac Azərbaycanın ümumi ixracının 0,81%-ni, idxal isə ümumi idxalın 0.06%-ni təşkil edib.

Əlaqəli Xəbərlər