Menyu

Ermənistan sülh sazişindən sonra Azərbaycana qarşı beynəlxalq iddialarını geri götürəcək

Operativ Media
Ermənistan sülh sazişindən sonra Azərbaycana qarşı beynəlxalq iddialarını geri götürəcək
1 dəq oxu

Ermənistan Azərbaycanla sülh müqaviləsi yekun imzalandıqdan sonra beynəlxalq məhkəmə və digər instansiyalardakı qarşılıqlı iddiaların geri götürülməsi ilə bağlı qərar qəbul edə bilər.

Operativ Media xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin aparat rəhbəri Lilit Makunts parlamentin daimi komissiyalarının birgə iclasında bildirib.

Makunts qeyd edib ki, Ermənistan beynəlxalq platformalarda öz maraqlarını müdafiə etmək hüququndan imtina etməyəcək. Bununla belə, Azərbaycanla mövcud mübahisələr çərçivəsində sülh prosesinin məntiqinə uyğun olaraq qarşılıqlı iddiaların geri götürülməsi mümkündür. Bu qərarın yalnız sülh müqaviləsi yekun imzalandıqdan sonra qəbul edilə biləcəyini vurğulayıb.

Qeyd edək ki, tərəflər arasında paraflanmış sülh sazişinin 15-ci bəndinə əsasən, sənəd qüvvəyə mindikdən sonra bir ay ərzində tərəflər imzalanma tarixinədək mövcud olmuş məsələlərlə bağlı bütün dövlətlərarası iddia, şikayət, etiraz və məhkəmə proseslərini geri götürməli, ləğv etməli və ya başqa formada həll etməlidirlər.

Həmin bənddə, həmçinin tərəflərin gələcəkdə bu cür iddialar irəli sürməməsi və üçüncü tərəflərin digər tərəfə qarşı təqdim etdiyi şikayət və proseslərə qoşulmaması nəzərdə tutulur.

Əlaqəli Xəbərlər