Menyu

"Vikinq"in baş məşqçisi: "Stadionumuzda azarkeşlərimizin yaratdıqları atmosferə arxalanacağıq"

Operativ Media
"Vikinq"in baş məşqçisi: "Stadionumuzda azarkeşlərimizin yaratdıqları atmosferə arxalanacağıq"
1 dəq oxu

​"Vikinq" klubunun baş məşqçisi Byarte Lunde Aarsheym "Sabah"a qarşı keçiriləcək vacib qarşılaşmadan öncə mətbuat konfransında fikirlərini bölüşüb.

Operativ Media ​xəbər verir ki, təcrübəli mütəxəssis öz meydanlarında oynayacaqlarını xatırladaraq, azarkeş dəstəyinin komanda üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb:

​"Öz meydanımızda oynayacağıq. Bizi 'Sabah'a qarşı maraqlı və gərgin oyun gözləyir. Stadionumuzda azarkeşlərimizin yaratdıqları atmosferə arxalanacağıq. Komanda gücünü onların dəstəyindən alır. Kollektivdə ab-hava yüksək səviyyədədir. Zədəli oyunçularımız sıraya dönməkdədirlər. İnanırıq ki, "Sabah"la görüşdə 3 xal bizim olacaq".

​Konfrans zamanı baş məşqçisi Valdas Dambrauskas haqqında da danışan Aarsheym, həmkərının diqqətçəkən karyera yoluna toxunub:

​"Bu baş məşqçinin qeyri-adi həyat hekayəsi var. Dambrauskas daha əvvəl verilişlərin birində əldə etdiyi pulu məşqçilik təhsilinə xərcləyib və bu yolla irəliləyib. Həqiqətən bu çox maraqlı bir hadisədir".

Əlaqəli Xəbərlər