Menyu

Dövlət Ehtiyatları Agentliyinin Əsasnaməsi təsdiq edilib

Operativ Media
Dövlət Ehtiyatları Agentliyinin Əsasnaməsi təsdiq edilib
1 dəq oxu

Prezident İlham Əliyev Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Operativ Media xəbər verir ki, fərmana əsasən, Agentliyin Əsasnaməsi və strukturu təsdiq edilib.

Dövlət Ehtiyatları Agentliyinin Aparatının işçilərinin say həddi 66 ştat vahidi, regional bölmələrinin işçilərinin say həddi 9 ştat vahidi müəyyən edilib. Agentliyin tabeliyində "Dövlət Ehtiyatlarının Saxlanılması Mərkəzi" büdcə təşkilatı yaradılacaq.

Mərkəz dövlət ehtiyatlarının saxlanılmasını həyata keçirir. Onun işçilərinin say həddi 200 ştat vahididir.

Əlaqəli Xəbərlər