Menyu

SEPAH ABŞ-yə məxsus PUA-nı vurub

Operativ Media
SEPAH ABŞ-yə məxsus PUA-nı vurub
1 dəq oxu

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bu gün ABŞ-yə məxsus MQ-9 “Reaper” tipli pilotsuz uçuş aparatının (PUA) Hörmüz boğazının şərq hissəsində vurulduğunu bəyan edib.

Operativ Media “Bloomberg Sharq” saytına istinadla xəbər verir ki, SEPAH iddia edilən hadisənin görüntülərini də yayıb.

Videoda ABŞ-yə məxsus pilotsuz uçuş aparatının bazar ertəsi axşam saatlarında hava hücumundan müdafiə raketi ilə birbaşa hədəfə alındığı əks olunur.

Məlumatda hadisənin baş verdiyi şərait və pilotsuz uçuş aparatının taleyi ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.

Əlaqəli Xəbərlər