Menyu

"Qalatasaray" və "Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurub

Operativ Media
"Qalatasaray" və "Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurub
1 dəq oxu

Türkiyə millisinin sabiq futbolçusu Serdar Aziz peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

Operativ Media xəbər verir ki, karyerası ərzində “Bursaspor”, “Fənərbağça” və “Qalatasaray” kimi klublarda çıxış edən 35 yaşlı müdafiəçi bundan sonra məşqçilik fəaliyyətinə başlamağı planlaşdırır.

Serdar Aziz futboldan uzaqlaşmaq niyyətində olmadığını və yeni karyerasını məşqçi kimi davam etdirmək istədiyini bildirib.

O, məşqçilik fəaliyyətinə təcrübəli mütəxəssisin köməkçisi kimi başlamağı, bu müddətdə özünü inkişaf etdirməyi hədəfləyir.

Aziz əlaqədə olduğu bir neçə tanınmış məşqçinin olduğunu qeyd edib və xüsusilə Xorxe Jezusun adını çəkib.

Əlaqəli Xəbərlər