Menyu

Enerji qiymətlərinin artması səbəbindən Aİ-nin itkiləri 127 milyard avroya çatıb

Operativ Media
Enerji qiymətlərinin artması səbəbindən Aİ-nin itkiləri 127 milyard avroya çatıb
1 dəq oxu

Avropa İttifaqının (Aİ) enerji qiymətlərinin artması səbəbindən itkiləri ilin əvvəlindən bəri 127 milyard avroya çatıb.

Operativ Media xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula Von Der Lyayen Brüsseldə keçirilən texnologiya konfransında deyib.

O qeyd edib ki, oktyabrın ortalarında bu göstərici 106 milyard avro təşkil edib.

“Hazırda Hörmüz boğazının bağlanmasından sonra Avropanın fosil yanacaq idxalı üzrə əlavə xərcləri 127 milyard avroya çatıb. Halbuki Aİ əlavə bir molekul belə yanacaq idxal etməyib”, - deyə fon der Lyayen bildirib.

Qeyd edək ki, Avropa Komissiyasının sədri sonuncu dəfə oktyabrın 16-da keçirilən Aİ sammitində enerji itkiləri ilə bağlı açıqlama verib. Həmin vaxt bu məbləğ 106 milyard avro təşkil edib.

Əlaqəli Xəbərlər