Menyu

İspaniya Kral Kubokunun oyunları futbolçunun ölümünə görə təxirə salınıb

Operativ Media
İspaniya Kral Kubokunun oyunları futbolçunun ölümünə görə təxirə salınıb
1 dəq oxu

İspaniya Kral Futbol Federasiyası (RFEF) “Tenerife” klubunun hücumçusu Xesus de Migelin vəfatı ilə əlaqədar ölkə kubokunun bəzi oyunlarını təxirə salıb.

Operativ Media xəbər verir ki, noyabrın 3-də keçirilməsi planlaşdırılan “Pampelona” – “Eybar” və “Anaytasuna” – “Alaves” qarşılaşmaları baş tutmayacaq.

Bundan başqa, İspaniyanın gənclər millisinin Yaponiya yığması ilə yoldaşlıq görüşünün təqdimat mərasimi də ləğv edilib.

RFEF yaxın vaxtlarda yarışların yenilənmiş təqvimini və təxirə salınmış matçların yeni tarixlərini açıqlayacağını bildirib.

Federasiya bəyanatında Xesus de Migelin ailəsinə, dostlarına, yaxınlarına, “Tenerife” klubuna və azarkeşlərinə başsağlığı verib.

Əlaqəli Xəbərlər