Menyu

Gömrük borcunu ödəməyən şəxslərin ölkədən çıxışına məhdudiyyət qoyula bilər - QANUN

Xəbərlər redaksiyası
Gömrük borcunu ödəməyən şəxslərin ölkədən çıxışına məhdudiyyət qoyula bilər - QANUN
1 dəq oxu

Gömrük borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməyən xarici ticarət iştirakçısının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.

Operativ Media xəbər verir ki, bu məqsədlə gömrük orqanları məhkəməyə müraciət etmək hüququna malikdir.

Belə ki, xarici ticarət iştirakçısı gömrük borcunu müəyyən edilmiş müddətdə ödəmədikdə, hesablanmış gömrük ödənişləri, dəbbə pulu və faizlər üzrə borcun ödənilməsinin təmin edilməsi məqsədilə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edilə bilər.

Eyni zamanda, gömrük orqanlarının üzərinə belə məhdudiyyətin aradan qaldırılması ilə bağlı vəzifə qoyulur.

Belə ki, şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsasların aradan qalxdığı müəyyən edildikdən sonra gömrük orqanı məhdudiyyətin götürülməsi barədə dərhal qərar qəbul etməlidir.

Əlaqəli Xəbərlər