Menyu

Bu gün qısa iş günüdür?

Operativ Media
Bu gün qısa iş günüdür?
1 dəq oxu

Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlki iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən Operativ Media-nın sorğusuna cavab olaraq bildirilib ki, 6 noyabr (cümə günü) qeyd olunan günlərin ərəfəsinə təsadüf etmədiyindən, həmin tarix qısaldılmış iş günü hesab edilmir.

Qeyd edək ki, Azərbaycanda noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib.

Beləliklə, noyabrın 7-dən (şənbə günü daxil olmaqla) 10-dək ardıcıl 4 gün iş olmayacaq. Noyabrın 11-i isə bayramlardan sonra ilk iş günü olacaq.

Əlaqəli Xəbərlər