Menyu

Mikroplastiklər orqanizmə necə daxil olur və hansı riskləri yaradır?

Ayşən Sadıxzadə
Mikroplastiklər orqanizmə necə daxil olur və hansı riskləri yaradır?
1 dəq oxu

Mikroplastiklər müasir dövrdə ətraf mühitlə yanaşı, insan sağlamlığı üçün də narahatlıq doğuran problemlərdən birinə çevrilib. Gündəlik istifadə etdiyimiz qida məhsulları, içməli su, plastik qablaşdırmalar və hava vasitəsilə bu hissəciklər insan orqanizminə daxil ola bilər. Lakin onların orqanizmdə necə toplandığı, hansı orqan və sistemlərə təsir göstərdiyi, eləcə də uzunmüddətli perspektivdə hansı sağlamlıq riskləri yaratdığı elmi araşdırmaların əsas mövzularındandır.

Mövzu ilə bağlı Operativ Media-ya hepatoloq terapevt Sevinc Abasova danışıb.

O bildirib ki, mikroplastiklər insan orqanizminə müxtəlif yollarla, o cümlədən ağız boşluğu, dəri və mümkün tənəffüs yolu ilə daxil ola bilər:

“Xüsusilə dəniz məhsulları bu hissəciklərin insan orqanizminə keçmə mənbələrindən biri hesab olunur. Belə ki, dənizlərin mikroplastiklərlə çirklənməsi nəticəsində dəniz canlıları da bu hissəcikləri qəbul edir. İnsanlar həmin məhsulları qida kimi istehlak etdikdə mikroplastiklər orqanizmə daxil ola bilər. Bu hissəciklər müxtəlif ölçülərdə, o cümlədən nanohissəciklər formasında mövcud ola bilər.

Mikroplastiklərin insan sağlamlığına uzunmüddətli təsirləri ilə bağlı narahatlıqlar mövcuddur. Bu hissəciklərin orqanizmdə yaratdığı mümkün fəsadlar, hüceyrə səviyyəsində təsirləri və genetik materiala təsir göstərib-göstərməməsi araşdırılmalıdır. Eyni zamanda, qaraciyər, böyrək və ağciyər kimi orqanlarda zədələnmələrə səbəb ola biləcəyi ehtimalları da elmi müzakirə mövzusudur”.

Əlaqəli Xəbərlər