Menyu

Alternativ enerji fəaliyyətinə xüsusi icazə verilməsi üçün dövlət rüsumu ləğv edilir

Operativ Media
Alternativ enerji fəaliyyətinə xüsusi icazə verilməsi üçün dövlət rüsumu ləğv edilir
1 dəq oxu

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazənin verilməsi ilə bağlı dövlət rüsumu ləğv edilir.

Operativ Media xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir.

Hazırda qüvvədə olan qanuna görə alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazənin verilməsi ilə bağlı 100 manat rüsum alınır.

Əlaqəli Xəbərlər