Menyu

AFE La Liqanın 12-ci turunun təxirə salınmasını istəyir

Operativ Media
AFE La Liqanın 12-ci turunun təxirə salınmasını istəyir
1 dəq oxu

İspaniya Futbolçular Assosiasiyası (AFE) “Tenerife” klubunun hücumçusu Xesus de Migelin vəfatı ilə əlaqədar La Liqanın 12-ci turunun oyunlarının təxirə salınması üçün İspaniya Kral Futbol Federasiyasına (RFEF) müraciət edib.

Operativ Media xəbər verir ki, AFE-nin sosial şəbəkələrdə yaydığı bəyanatda futbolçuların keçirilən müzakirələrdən sonra yekdilliklə bu turun oyunlarının baş tutmamasını istədikləri bildirilib. Qeyd olunub ki, baş verən faciə ilə əlaqədar futbolçuların emosional və psixoloji vəziyyəti normal qaydada yarışlarda iştirak etməyə imkan vermir.

Hadisə noyabrın 2-də İspaniya çempionatının ikinci divizionunda “Andorra”ya qarşı keçirilən ev oyununda baş verib. Qarşılaşma zamanı Xesus de Migel rəqib komandanın qapıçısı Xesus Ovono ilə toqquşub. Bundan sonra futbolçunun ürəyi dayanıb.

İlkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılan futbolçu noyabrın 3-də vəfat edib.

30 yaşlı Xesus de Migel 2025-ci ilin yayından “Tenerife”nin formasını geyinirdi.

Əlaqəli Xəbərlər