Menyu

Azərbaycanın stolüstü tennisçiləri Avrasiya Liqasının III turunda mübarizə aparacaqlar

Operativ Media
Azərbaycanın stolüstü tennisçiləri Avrasiya Liqasının III turunda mübarizə aparacaqlar
1 dəq oxu

Azərbaycanın stolüstü tennisçiləri Qazaxıstanda təşkil olunan Avrasiya Liqasında mübarizəni davam etdirirlər.

Operativ Media ASTF-yə istinadən xəbər verir ki, qadınlardan ibarət millinin baş məşqçisi Fərhad İsmayılovun rəhbərliyi ilə Ləman Abdulhəmidova, Aylin Əsgərova və Şəbnəm Mansurovadan ibarət komanda bu gün yarışın 3-cü turunun Pavlodarda keçirilən oyunlarına çıxacaq. 

Onur Quluzadə, Adil Əhmədzadə və Rüstəm Hacılıdan ibarət heyət isə oğlanlardan ibarət seçmə komandanın baş məşqçisi Ramil Cəfərovun rəhbərliyi ilə Almatı şəhərində 3-cü turun görüşlərini keçirəcək. 

Qeyd edək ki, Azərbaycan, Qazaxıstan, Rusiya, Özbəkistan, Qırğızıstan və Türkmənistan stolüstü tennisçilərinin qatıldığı Avrasiya Liqasında iki turun nəticələrinə əsasən, hər iki komandamız 12 kollektivin mübarizə apardığı turnir cədvəlinin lideridir. 

Üçüncü tura noyabrın 8-də yekun vurulacaq. Yarışın sonuncu turunun oyunları isə dekabrda keçiriləcək.

Əlaqəli Xəbərlər