Menyu

AYNA: Avtobuslardan istifadə rekord həddə çatıb

Şəfa Hüseynli
AYNA: Avtobuslardan istifadə rekord həddə çatıb
1 dəq oxu

Bakıda avtobusla sərnişindaşımada rekord göstərici qeydə alınıb.

Bu barədə Operativ Media-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, 2026-cı ilin oktyabr ayında paytaxtda müntəzəm marşrut avtobusları ilə 53 921 482 sərnişin daşınıb. Cari ilin ilk 9 ayı ərzində isə avtobuslarla daşınan sərnişinlərin sayı 386 227 196 nəfər təşkil edib.

Bu, 2025-ci ilin oktyabr ayı ilə müqayisədə 15%-dən çox, 9 ayı ilə müqayisədə isə 7% artım deməkdir.

Əlaqəli Xəbərlər