Menyu

Paraqvay prokurorluğu prezidentə qarşı cinayət işi açıb

Operativ Media
Paraqvay prokurorluğu prezidentə qarşı cinayət işi açıb
1 dəq oxu

Paraqvay Baş Prokurorluğu “Ueno Bank”da təxminən 3 milyon müştərinin hesablarının dondurulması ilə bağlı ölkə Prezidenti Santyaqo Penya barəsində cinayət işi başladıb.

Operativ Media xəbər verir ki, bu barədə Baş Prokurorluğun “X” sosial şəbəkəsindəki rəsmi hesabında məlumat verilib.

Baş prokuror Emiliano Fernandesin göstərişi ilə ümumilikdə üç cinayət işi açılıb. Araşdırmalar “Ueno Bank”ın fəaliyyətinə nəzarət və maliyyə sağlamlaşdırılması prosedurunu, dövlət vəsaitlərinin həmin bankda yerləşdirilməsini, eləcə də müxtəlif dövlət qurumlarının hazırkı və keçmiş vəzifəli şəxslərinin hərəkətlərini əhatə edir.

Bununla yanaşı, Konqresin Deputatlar Palatası Penyanın impiçmenti prosesinin başlanmasına səs verib. Müxalifət prezidentin “Ueno Bank”la ehtimal olunan əlaqələrinə görə maraqlar toqquşmasında iştirak etdiyini iddia edir.

Oktyabrın 5-də Penya istefa verdiyini açıqlasa da, kvorum olmadığı üçün Konqres istefanın qəbul edilməsi və ya rədd olunması ilə bağlı səsvermə keçirə bilməyib.

Qeyd edək ki, Paraqvay Mərkəzi Bankı noyabrın 3-də “Ueno Bank”a kənar idarəetmə tətbiq edib. Bunun nəticəsində bankdakı bütün hesablar dondurulub. Bankın müştərilərinin sayının təxminən 3 milyon nəfər olduğu bildirilir. Paraqvayın ümumi əhalisi isə 7 milyon nəfərdir.

Əlaqəli Xəbərlər