Menyu

Azərbaycan və Ukrayna iqtisadi əməkdaşlığın inkişafı üzrə Fəaliyyət Planı qəbul edib

Operativ Media
Azərbaycan və Ukrayna iqtisadi əməkdaşlığın inkişafı üzrə Fəaliyyət Planı qəbul edib
1 dəq oxu

Azərbaycan və Ukrayna iqtisadi əməkdaşlığın inkişafı üzrə Fəaliyyət Planı qəbul edib.

Operativ Media xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkə hesabında yazıb.

Nazir bildirib ki, Ukraynanın Ujqorod şəhərində Baş nazirin birinci müavini, energetika naziri Denis Şmıqal ilə birgə Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyasının 14-cü iclası keçirilib: "Ticarət-iqtisadi, investisiya, enerji, nəqliyyat, texnologiya və innovasiya, turizm və digər sahələrdə əməkdaşlığın inkişafını müzakirə etdik, qarşıdakı dövr üçün Fəaliyyət Planını qəbul etdik".

P. Şahbazov qeyd edib ki, Azərbaycan-Ukrayna Biznes Dəyirmi Masasında yeni tərəfdaşlıq və investisiya imkanları dəyərləndirilib. Denis Şmıqal Ukraynaya göstərilən davamlı humanitar dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib.

Əlaqəli Xəbərlər