Menyu

Rubio: Venesuelada seçkilər 2027-ci ildə keçirilə bilər

Operativ Media
Rubio: Venesuelada seçkilər 2027-ci ildə keçirilə bilər
1 dəq oxu

ABŞ dövlət katibi Marko Rubio Venesuelada prezident seçkilərinin 2027-ci ildə keçirilməsini optimal variant hesab edir.

Operativ Media xəbər verir ki, Rubio bu barədə “The New York Times” qəzetinə müsahibəsində danışıb.

O bildirib ki, ideal halda Bolivar Respublikasında seçkilər 2027-ci ildə keçirilməlidir. Bununla belə, dövlət katibi səsvermənin Donald Trampın prezidentlik müddəti başa çatanadək baş tutacağına zəmanət verməyib. Onun sözlərinə görə, seçkilərin keçirilməsi üçün Venesuelada bir sıra mühüm addımlar atılmalıdır.

Qeyd edək ki, Donald Trampın prezidentlik müddəti 2029-cu il yanvarın 20-də başa çatacaq. ABŞ-nin energetika naziri may ayında Venesuelada seçkilərin Trampın prezidentlik müddəti bitənədək keçiriləcəyini bildirmişdi. Tramp isə oktyabrın əvvəlində “Time” jurnalına müsahibəsində Venesuelada seçkilərin təşkili üçün hələ tez olduğunu söyləmişdi.

Venesuelanın səlahiyyətləri icra edən prezidenti Delsi Rodriges BMT Baş Assambleyasındakı çıxışı zamanı seçkilərin ölkə xalqının uyğun hesab etdiyi vaxtda keçiriləcəyini vurğulayıb. O qeyd edib ki, səsvermənin vaxtı kənardan diktə edilməməlidir.

Əlaqəli Xəbərlər