Menyu

2027–2030-cu illər üçün Azərbaycanın yeni sosial-iqtisadi inkişaf Strategiyası hazırlanır

Operativ Media
2027–2030-cu illər üçün Azərbaycanın yeni sosial-iqtisadi inkişaf Strategiyası hazırlanır
1 dəq oxu

2027–2030-cu illər üçün Azərbaycanın yeni sosial-iqtisadi inkişaf Strategiyası hazırlanır.

Operativ Media xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Anar Axundov Milli Məclisin komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

Nazir müavini qeyd edib ki, cari il “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın yekun ilidir. 2027–2030-cu illəri əhatə edəcək yeni Strategiyanın hazırlanması istiqamətində işlər aparılır.

Anar Axundovun sözlərinə görə, Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə yanaşı, ölkənin iqtisadi inkişafı üçün də yeni imkanlar açıb.

Əlaqəli Xəbərlər