Menyu

AMADA Zəfər Günü münasibətilə qazi övladları üçün bayram tədbiri təşkil edib

Operativ Media
AMADA Zəfər Günü münasibətilə qazi övladları üçün bayram tədbiri təşkil edib
1 dəq oxu

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) “10ların təbəssümü” layihəsi çərçivəsində 8 Noyabr - Zəfər Günü münasibətilə qazi övladları üçün bayram tədbiri təşkil olunub.

Agentlikdən Operativ Media-ya verilən məlumata görə, AMADA-nın təşkilatçılığı, “Smart Electronics” və “VR Bee”nin dəstəyi ilə keçirilən tədbirin açılış mərasimində agentliyin icraçı direktoru Təhminə Tağı-zadə və “Smart Electronics”in icraçı direktoru Baycan Salmanoğlu çıxış ediblər. Çıxışlarda Zəfər Gününün xalqımızın qəhrəmanlığını, birliyini və milli qürurunu təcəssüm etdirən əlamətdar gün olduğu vurğulanıb.

Uşaqlara təmiz idman dəyərləri, idmanda dürüstlük və ədalət prinsipləri, eləcə də dopinqin və narkomaniyanın insan sağlamlığına, həyatına və gələcəyinə mənfi təsirləri barədə məlumat verilib.

Tədbirin əyləncəli hissəsi “VR Bee”də davam edib. Burada uşaqlar virtual reallıq dünyasına səyahət edərək maraqlı və unudulmaz anlar yaşayıblar.

Fotogalereya

Əlaqəli Xəbərlər