Menyu

AFFA "Mingəçevir"ə texniki məğlubiyyət verib

Operativ Media
AFFA "Mingəçevir"ə texniki məğlubiyyət verib
1 dəq oxu

Azərbaycan 1-ci liqasında mübarizə aparan “Mingəçevir”ə texniki məğlubiyyət verilib.

Operativ Media  xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin bugunkü iclasında qərar verilib.

1-ci liqanın 7-ci turunda “Şahdağ Qusar”la oyuna çıxmaqdan imtina edən meydan sahiblərinə 0:3 hesablı texniki məğlubiyyət verilib. Klub isə 3000 manat cərimələnib.

Qeyd edək ki, komandanın oyununa çıxmamasının səbəbi onların uzun müddətdir maaşlarını ala bilməmələridir. Futbolçular etiraz əlaməti olaraq meydana çıxmaqdan imtina ediblər.

Əlaqəli Xəbərlər