Menyu

SEPAH: İran raketlərinin uçuş məsafəsinə qoyulan məhdudiyyət aradan qaldırılıb

Operativ Media
SEPAH: İran raketlərinin uçuş məsafəsinə qoyulan məhdudiyyət aradan qaldırılıb
1 dəq oxu

İran raketlərinin uçuş məsafəsinə qoyulan məhdudiyyəti aradan qaldırıb.

Operativ Media xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi, briqada generalı Hüseyn Möhibi bildirib.

Onun sözlərinə görə, İran təhdidlərə cavab vermək imkanlarını praktikada nümayiş etdirəcək.

Möhibi qeyd edib ki, İran asimmetrik müharibə şəraitində rəqibinə gözləmədiyi yerdən zərbə endirmək qabiliyyətinə malikdir.

“İran üçün raketlərin uçuş məsafəsinə qoyulan məhdudiyyət aradan qaldırılıb”, – deyə o vurğulayıb.

Əlaqəli Xəbərlər