Menyu

İraqın gündəlik neft hasilatı 5 milyon bareli ötüb

Operativ Media
İraqın gündəlik neft hasilatı 5 milyon bareli ötüb
1 dəq oxu

İraqın gündəlik neft hasilatı 5 milyon bareli ötüb.

Operativ Media xəbər verir ki, bu barədə ölkənin neft naziri Basim Məhəmməd Xudeyr məlumat verib.

Nazir bildirib ki, İraq gündəlik neft hasilatını 5 milyon bareldən çox artırsa da, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) müəyyən etdiyi ixrac kvotasına əməl edir. Hazırda ölkənin gündəlik ixrac limiti 4,33 milyon barel təşkil edir.

Xudeyrin sözlərinə görə, Bağdad ölkənin ixrac kvotasının artırılması ilə bağlı OPEC ilə danışıqlar aparır. O, İraqın son 50 ildə üzləşdiyi xüsusi çətinlikləri nəzərə alaraq daha yüksək kvotaya layiq olduğunu bildirib.

Nazir qeyd edib ki, hasilat kvotasının artırılması ölkəyə infrastrukturun inkişafı və dövlətin inkişaf planlarının həyata keçirilməsi üçün zəruri maliyyə gəlirlərini əldə etməyə imkan verəcək.

Əlaqəli Xəbərlər