Menyu

"Kəpəz" milli fasilədə "Gəncəbasar"la qarşılaşacaq

Operativ Media
"Kəpəz" milli fasilədə "Gəncəbasar"la qarşılaşacaq
1 dəq oxu

"Kəpəz"in milli komandaların beynəlxalq oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranmış fasilə dövründəki hazırlıq planı müəyyənləşib.

Klubdan Operativ Media-ya verilən məlumata görə, Premyer Liqanın XI turunda "Neftçi" ilə qarşılaşan "sarı-göylər"in futbolçuları 4 günlük istirahətin ardından noyabrın 10-da bir araya gələcəklər.

Gəncə kollektivi hazırlıq prosesi çərçivəsində 1 yoxlama matçına çıxacaq. Azər Məmmədovun rəhbərlik etdiyi komanda noyabrın 14-də Gəncə stadionunun ehtiyat meydanında I Liqa təmsilçisi "Gəncəbasar"la qüvvəsini sınayacaq.

Əlaqəli Xəbərlər