Menyu

Tramp İraqın Baş nazirindən İranla vasitəçilik etməsini istəyib

Operativ Media
Tramp İraqın Baş nazirindən İranla vasitəçilik etməsini istəyib
1 dəq oxu

ABŞ Prezidenti Donald Trampın İraqın Baş naziri Əli əz-Zeydiyə Vaşinqtonla Tehran arasında vasitəçilik etməyi təklif etdiyi iddia olunur.

Operativ Media xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, Əli əz-Zeydi Donald Trampla telefon danışığı zamanı İranla dialoqun qurulmasına dair bir sıra təşəbbüslər irəli sürüb. ABŞ Prezidenti təklifləri müsbət qarşılayaraq İraqın Baş nazirindən danışıqlar prosesinə qoşulmasını istəyib.

“Al Hadath”ın iddiasına əsasən, bundan sonra Əli əz-Zeydinin rəhbərlik etdiyi nümayəndə heyəti gizli şəkildə Tehrana səfər edib.

Telekanal danışıqların nəticələri barədə məlumat verməyib. İraq rəsmiləri isə yayılan məlumatları hələlik şərh etməyiblər.

Əlaqəli Xəbərlər