Menyu

AFFA rəsmisi Çempionlar Liqasına təyinat alıb

Şəfa Hüseynli
AFFA rəsmisi Çempionlar Liqasına təyinat alıb
1 dəq oxu

AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlılığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva UEFA-dan yeni təyinat alıb.

Milli assosiasiyadan Operativ Media-ya verilən məlumata görə, o, UEFA Qadınlar Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində keçiriləcək “Lüven” (Belçika) – “Köge” (Danimarka) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma noyabrın 11-də Belçikanın Lüven şəhərində yerləşən “Den Dreef” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Əlaqəli Xəbərlər