Menyu

Azərbaycan NKT ilə sualtı kabel texnologiyaları sahəsində əməkdaşlığı müzakirə edib

Operativ Media
Azərbaycan NKT ilə sualtı kabel texnologiyaları sahəsində əməkdaşlığı müzakirə edib
1 dəq oxu

Energetika naziri Pərviz Şahbazov Ankarada NKT şirkətinin baş vitse-prezidenti Michael Suhr ilə danışıqlar aparıb.

Operativ Media xəbər verir ki, bu barədə nazir öz "X" sosial media hesabında paylaşım edib.

"COP-da NKT şirkətinin baş vitse-prezidenti Michael Suhr ilə “Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizinin reallaşdırılmasında əməkdaşlıq imkanlarını dəyərləndirdik. Şirkətin sualtı kabel texnologiyaları üzrə təcrübəsindən istifadə və layihənin texniki hazırlığı ilə bağlı müzakirələr apardıq", - nazir paylaşımda qeyd edib.

Əlaqəli Xəbərlər